Saytımızı qiymətləndirin


 
 

Daxili İşlər Nazirliyi bu jurnalisti AXTARIR
Tarix: 10-04-2024 | Saat: 14:41
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Daxili İşlər Nazirliyi bu jurnalisti AXTARIR

Rusiyada jurnalist Mixail Ziqar axtarılır.

Qarabaqinfo.az-ın məlumatına görə, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Mixail Viktoroviç Ziqar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışdadır”, - deyə bildirilir.

Jurnalistin Rusiya Federasiyası Cinayət Məcəlləsinin hansı maddəsi ilə axtarışa verildiyi qeyd olunmayıb. Bundan əvvəl ona qarşı Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yaydığına görə cinayət işi açılıb.

Mixail Ziqar müxalif yazıçı, jurnalist, “Dojd” telekanalının keçmiş baş redaktorudur.
 

Xatırladaq ki, 2022-ci ilin oktyabrında o, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən xarici agentlərin reyestrinə daxil edilib və bundan sonra sosial şəbəkələrdəki nəşrlərdə özünü xarici agent kimi təqdim etmədiyi üçün iki dəfə cərimələnib.



Xəbəri paylaş

144 dəfə oxunub.

Digər xəbərlər