Saytımızı qiymətləndirin


 
 

“Rusiya ilə müharibə istəmirik”- NATO-nun Avropadakı komandanı
Tarix: 09-04-2024 | Saat: 13:17
Bölmə:Karusel / Dünya | çapa göndər

“NATO ölkələri Rusiya ilə hərbi münaqişəyə girmək istəmirlər, ona görə də Alyansın hazırkı məqsədi belə bir müharibənin qarşısını almaqdır”.

Qarabaginfo.az xəbər verir ki, bunu NATO qüvvələrinin Avropadakı baş komandanı, amerikalı general Kristofer Kavoli bildirib.

“NATO ölkələri bizim Rusiya ilə müharibə vəziyyətində olduğumuzu düşünmürlər. Biz də bunu istəmirik”, – Kavoli deyib.

Onun sözlərinə görə, Rusiya ilə birbaşa münaqişədən qaçmaq üçün Alyans rus qoşunlarının işğal etdiyi Ukraynanı dəstəkləyir.

Kavolinin sözləri NATO-nun yaxın gələcəkdə Rusiya ilə toqquşmasına imkan verən bir sıra Qərb siyasətçilərinin bəyanatları fonunda səslənib. Xüsusilə ABŞ prezidenti Co Bayden, ABŞ, Almaniya və Böyük Britaniyanın müdafiə nazirləri, Polşa və Baltikyanı ölkələrin liderləri bu barədə danışıblar.



Xəbəri paylaş

169 dəfə oxunub.

Digər xəbərlər