Saytımızı qiymətləndirin


 
 

Erməni deputatlar Qazaxın kəndlərinə görə toplaşır - Mirzoyan və Qriqoryan da dəvət olundu
Tarix: 09-04-2024 | Saat: 10:45
Bölmə:Karusel / Region | çapa göndər

Erməni deputatlar Qazaxın kəndlərinə görə toplaşır - Mirzoyan və Qriqoryan da dəvət olundu

 

Ermənistan müxalifəti parlamentdə demarkasiya və demarkasiya məsələsi ilə bağlı təcili müzakirələrin keçirilməsini təklif edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Joğovurd" nəşri yazıb.

 

Ermənistan qanunvericiliyinə görə, parlamentin növbədənkənar iclasları zamanı deputatların ümumi sayının azı dörddə birinin tələbi ilə fövqəladə iclaslar keçirilə bilər. 

 

Məlumata görə, müxalifət sessiyaya Ermənistan Baş nazirinib müavini, Demarkasiya və Delimitasiya Komissiyasının sədri Mher Qriqoryanı və xarici işlər naziri Ararat Mirzoyanı dəvət etməyi təklif edib

 

“Joqovurd” qəzeti Ararat Mirzoyan və Mher Qriqoryanın təklifi qəbul etdiyini və müxalifətin təşəbbüsü ilə keçiriləcək sessiyada iştirak edəcəklərini yazıb. 

 

"Müxalifətin digər təklifi, yəni təcili iclasın açıq formatda keçirilməsi hakim partiya tərəfindən rədd edilib, yəni sessiya qapalı formatda olacaq", - nəşr bildirir.

 

"Hraparak" qəzetində dərc edilən məqalədə isə deyilir ki, parlamentin sessiyası həmişəkindən daha "qaynar" olacaq. 

 

"Gündəliyə daxil edilən 25 məsələdən biri də hökumətin beşillik planının icrası ilə bağlı hesabatdır, onu Nikol Paşinyanın simasında hökumət təqdim edəcək.

 

Gündəliyə əsasən, hökumətin hesabatının müzakirəsi çərşənbə günündən başlayacaq, dünən hakim partiyanın fraksiya iclası keçirilib, deputatlara Paşinyanın səfəri günü parlamentdə bir nəfər kimi iştirak etmələri tapşırılıb", - nəşr qeyd edir.

 

"Hraparak" da demarkasiya və delimitasiya ilə bağlı müzakirələrin qapalı olacağını, iclasda Mher Qriqoryan və Ararat Mirzoyanın iştirak edəcəyini bildirib.

 

Yerli kanallar bildirir ki, Qriqoryan və Mirzoyan sessiyada Qazaxın kəndləri barədə deputatların suallarını cavablandıracaq.

 

Xatırladaq ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanla bu ilin martında keçirdiyi görüşdən sonra rəsmi Bakı işğal edilmiş 4 eksklav olmayan kəndin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) mübahisəsiz və dərhal azad edilməsini istəyib. 

 

Qeyd edək ki, eksklav ölkənin əsas hissəsindən kənarda yerləşən və digər dövlətlər (bir və ya bir neçə) tərəfindən əhatə olunan ərazidir. Qazaxın adıçəkilən 4 kəndi eksklav hesab edilmir və dərhal azad edilməlidir. Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi isə delimitasiya prosesi çərçivəsində həll ediləcək.



Xəbəri paylaş

143 dəfə oxunub.

Digər xəbərlər