Tarix: 21-03-2022 | Saat: 18:03
Bölmə:Karusel / Gündəm | çapa göndər
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Etika və İntizam Komissiyası rusiyalı şahmatçı Sergey Karyakini 6 ay müddətinə yarışlardan kənarlaşdırıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə FİDE-nin mətbuat xidməti məlumat yayıb.
Fevralın 27-də Karjakin Rusiyanın Ukraynada başladığı müharibəni dəstəkləyərək, açıq məktub dərc etmişdi. Ertəsi gün FİDE rusiyalını siyasi mövqeyini açıq elan etdiyinə görə qınamış, şahmatçıya qarşı intizam işi açmışdı.
“Sergey Karjakin FİDE-nin Etik Kodeksinin 2.2.10-cu maddəsini pozmaqda təqsirli bilinib və altı ay müddətinə yarışlardan kənarlaşdırılıb, ona təşkilatın himayəsi altında keçirilən hər hansı reytinqli şahmat yarışlarında oyunçu kimi iştirak etmək qadağan edilib. Qərar elan edildiyi gündən - 21 mart 2022-ci il tarixindən qüvvəyə minir”, - məlumatda deyilir.
Karjakinin 32 yaşı var və FİDE reytinqində 18-cidir. O, 2015-ci ildə Dünya Kubokunun sahibi olub, sürətli şahmat (2012) və blits (2016) üzrə dünya çempionudur.
Digər xəbərlər