Saytımızı qiymətləndirin


 
 

Şokoladın qiyməti BAHALAŞACAQ
Tarix: 06-04-2024 | Saat: 13:16
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Şokoladın qiyməti BAHALAŞACAQ

Şokolad bahalaşmaqda davam edəcək.

 

Qarabaqinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, hər şey iqlim dəyişikliyi ilə bağlıdır.

 

Müxtəlif ölkələrin qənnadı şirkətləri kakao paxlasının bazar qiymətinin artması ilə əlaqədar şokoladın qiymətini artırmalı olacaqlar. Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, Almaniyaya idxal edilən kakao paxlasının topdansatış qiymətləri 2024-cü ilin fevral ayında 2023-cü ilin eyni ayı ilə müqayisədə iki dəfə artıb. Qurum bahalaşmanı “hava şəraiti, eləcə də artan tələbat nəticəsində yaranan məhsul qıtlığı” ilə izah edir.

 

Planetin iki əsas kakao istehsalçısı - Kot-d'İvuar və Qana havadan ən çox zərər çəkib. Digər iki Qərbi Afrika ölkəsi - Kamerun və Nigeriya ilə birlikdə bu məhsulun dünya üzrə üçdə ikisini təmin edirlər. Təhlükə ondan ibarətdir ki, planetin bu hissəsində pis hava şəraiti iqlim dəyişikliyi səbəbindən daimi bir fenomenə çevrilmək təhlükəsi yaradır.

 

Mütəxəssislər qeyd edirlər ki, şokolad istehsalçıları mallarının qiymətini kəskin qaldırmasalar da, eyni səviyyədə qalmayacaqlar. Sənaye liderlərindən biri, İsveçrə konserni "Lindt & Sprüngli" 2024-cü ilin mart ayının əvvəlində xəbərdarlıq edib ki, 2025-ci ilə qədər qiymətləri tədricən artıracaq.

 

Dünyada kakao paxlasının qiymətinin artması ilə əlaqədar olaraq Rusiya Federasiyası, Ukrayna və digər postsovet ölkələrinin qənnadı fabriklərinin məhsulları qaçılmaz olaraq bahalaşacaq.



Xəbəri paylaş

163 dəfə oxunub.

Digər xəbərlər