Saytımızı qiymətləndirin


 
 

Botsvana prezidenti Almaniyanı təhdid edib: 20 min fil göndərərik...
Tarix: 03-04-2024 | Saat: 10:20
Bölmə:Karusel / Dünya | çapa göndər

Botsvana prezidenti Almaniyanı təhdid edib: 20 min fil göndərərik...

 

Botsvana prezidenti Mokqvitsi Masisi Almaniya hökumətinin Afrikadakı fil populyasiyasını qorumaq üçün ov materialları və ləvazimatlarının satışını qadağan etmək təşəbbüsünü tənqid edib.

Qarabaginfo.az xəbər verir ki, Masisi bu barədə Almaniyanın "Bild" qəzetinə verdiyi açıqlamada danışıb.

 

Təxminən 130 min filin yaşadığı Botsvanada qorunma işləri nəticəsində fil populyasiyasının artdığına diqqət çəkən Masisi fil sürülərinin mülklərə və məhsullara zərər verdiyini və insanların ölümünə səbəb olduğunu deyib.

 

Masisi ovun fil populyasiyasına nəzarət etmək üçün təsirli bir üsul olduğunu bəyan edib: "Berlində oturub Botsvanadakı problemlərimiz haqqında fikir sahibi olmaq çox asandır".

 

Botsvanadakı fil sayını azaltmaq üçün Anqolaya artıq 8 min fil verdiyini xatırladan prezident Berlinin fil populyasiyasını qorumaq üçün fəaliyyətlərə davam edəcəyi təqdirdə Almaniyaya 20 min fil göndərə biləcəklərini vurğulayıb.

 

Təhdiddən sonra Masisi bunun zarafat olmadığını vurğulayaraq, “yox” cavabını qəbul etməyəcəklərini bildirib.

 

Qeyd edək ki, dünyadakı fillərin təxminən üçdə birinin yaşadığı Botsvanada 2014-cü ildə fil ovu qadağan edilib. Bu qadağa 2019-cu ildə fil populyasiyasındakı kəskin artım və yerli əhalinin tələbinə uyğun olaraq götürülüb.

 

Bu yaxınlarda Almaniyanın Ətraf Mühit Nazirliyi Afrika ölkələrinə ov ləvazimatlarının ixracını məhdudlaşdırmaq təşəbbüsü irəli sürmüşdü.



Xəbəri paylaş

165 dəfə oxunub.

Digər xəbərlər