Saytımızı qiymətləndirin


 
 

Tərtərdə mina partlayıb, 3 nəfər xəsarət alıb
Tarix: 02-04-2024 | Saat: 17:11
Bölmə:Karusel / Hadisə | çapa göndər

ANAMA 1 həftə ərzində təmizlənən minalı ərazilərin sayını açıqlayıb
Aprelin 2-də Tərtər rayonunun Çaylı kəndi ərazisində mina hadisəsi baş verib.

Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Xəbərə görə, 1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü Bağırov Elmir Elnur oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

“Azərbaycan Respublikası DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır”, birgə məlumatda deyilir.



Xəbəri paylaş

165 dəfə oxunub.

Digər xəbərlər
30-12-2017, 14:14 Şəkidə dağ yanır - Foto