Saytımızı qiymətləndirin


 
 

Rövşən Nəcəf və Rövnəq Abdullayev arasında "kral polemikası"
Tarix: 02-04-2024 | Saat: 15:26
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Rövşən Nəcəf və Rövnəq Abdullayev arasında

Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın Hesabat-Seçki Konfransı keçirilib.

 

Qarabaqinfo.az-ın məlumatına görə, qurumun sabiq prezidenti Rövnəq Abdullayev çıxışı ilə yadda qalıb.

 

"AFFA kollektivinə, futbol ailəsinə minnətdarlıq bildirirəm. Sağ olsunlar. Hamısı ürəkdən çalışdı. Şükür Allaha, bundan sonra futbola rahat baxa bilərəm. Neytrallıq məni bir az sıxırdı. Deyirdilər ki, milliyə azarkeşlik edə bilərsən, klublara yox".

O daha sonra əlavə edib: “Kral öldü, yaşasın yeni kral! Keçək seçkiyə”.

 

SOCAR-ın hazırkı prezidenti Rövşən Nəcəf AFFA-nın rəhbəri seçildikdən sonra jurnalislərə açıqlama verib. O da Rövnəq Abdullayevin "kral polemikası"na qoşulub. 

 

O, kral olmadığını bildirib: "Birincisi, mən kral deyiləm, özümü heç vaxt kral hesab etməmişəm. Futbol böyük ailədir. Burada futbolu sevən, inkişafı istəyən insanların birlikdə çalışması vacibdir. Böyük etimad göstərilib. Mənə də böyük etimaddır. Uşaqlıqda məhəllə futbolu oynayan, daha sonra peşəkar olmasa da, tanışlarla daim futbol oynayan insan kimi futbol mənə çox yaxındır, sevdiyim idman növüdür".



Xəbəri paylaş

1190 dəfə oxunub.

Digər xəbərlər
25-04-2022, 10:30 Neftin qiyməti ucuzlaşdı