Saytımızı qiymətləndirin


 
 

“DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir”
Tarix: 28-03-2024 | Saat: 11:11
Bölmə:Karusel / Siyasət | çapa göndər

dtx-siralarinda-7-veten-muharibesi-qehremani-xidmet-edir

“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli sərkərdəliyi ilə tarixi qələbənin əldə edildiyi Vətən müharibəsi dövründə düşmənin bütün cəbhələrdə həyata keçirməyə çalışdığı təxribat-pozuculuq fəaliyyətinin, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində mümkün təhdidlərin qarşısının alınmasında, Azərbaycan Ordusunun əməliyyat və əks-kəşfiyyat məlumatları ilə təmin olunmasında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının danılmaz rolu olub”.

Qarabaginfo.az xəbər verir ki, bunu “Respublika” qəzetinə müsahibəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev deyib.

“2023-cü ilin 19 sentyabr tarixində keçirilmiş antiterror əməliyyatı zamanı və ondan sonrakı vaxtda da yuxarıda qeyd olunan istiqamətlər üzrə mühüm işlər görülmüş, əhəmiyyətli nəticələr əldə edilib. Belə ki, Qarabağda fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərk-silah edilmiş, tərəfimizdən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə qondarma rejimin "rəhbər"lərinin gizləndikləri yerlər müəyyən edildikdən sonra onlar həbs edilərək cinayət məsuliyyətinə cəlb olunublar.

Azərbaycan Prezidenti İlham Əliyevin təhlükəsizlik orqanlarının fəaliyyətinə verdiyi yüksək qiymətin növbəti təzahürü olaraq, 2020-ci və 2023-cü illərdə aparılan hərbi əməliyyatlar dövründə və ondan sonra həyata keçirilən tədbirlər zamanı şəxsi şücaət və qəhrəmanlıq göstərdiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı ali müfakatlara layiq görülüb. Böyük iftixarla qeyd edirik ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir. Qeyd olunan hərbi əməliyyatlarda göstərdiyi fədakarlığa görə Dövlət Təhlükəsizliyi Xidmətinin 7 əməkdaşı “Zəfər”, 14 əməkdaşı “Qarabağ” ordeni, xeyli sayda əməkdaşı başqa orden və medallarla təltif olunmuşdur”, - general-polkovnik qeyd edib.

 



Xəbəri paylaş

184 dəfə oxunub.

Digər xəbərlər