Saytımızı qiymətləndirin


 
 

Moskvada miqrantlara qarşı reydlər başlayıb- Saxlanılanlar var (FOTO)
Tarix: 27-03-2024 | Saat: 16:49
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya Milli Qvardiyası və polis Moskva yaxınlığındakı “Wildberries” anbarında (Elektrostal) reyd keçirib, nəticədə onlarla əməkçi miqrant saxlanılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Yoxlama işləri aparılır, pasport nəzarəti və iş icazələrinə nəzarət edilir”, – mənbə agentliyə bildirib.

“Miqrasiya xidməti və hüquq-mühafizə orqanlarının əməkdaşları “Wildberries” anbarında bazar işçilərinin sənədlərini yoxlayırlar”, – şirkətin mətbuat xidməti təsdiqləyib.

“Baza” Telegram kanalının məlumatına görə, pasportlar, miqrasiya kartları, yaşayış icazələri, müvəqqəti yaşamaq üçün icazələr və hərbi biletlər yoxlanılır.

“Reyd nəticəsində azı qırx nəfər saxlanılıb”, – “Mash” yazır.

Kanalın məlumatına görə, ən azı 5 min anbar işçisi yoxlamaya məruz qalıb. Bəzi miqrantlar vaqonlara mindirilir. Teleqram kanalı iddia edir ki, onlar hərbi komissarlıqlara aparılır.

Anbar işçilərinin sözlərinə görə, hərbi bileti də yoxlayırlar. Onlar kimin kimin xidmətdən yayındığını yoxlayırlar. Başqa bir işçi deyib ki, müqavimət göstərəni polislər dəyənəklərlə döyür.

 

 



Xəbəri paylaş

156 dəfə oxunub.

Digər xəbərlər