Azərbaycanda terror aktları planlaşdıran şəxs həbs edilib - VİDEO
Tarix: 25-03-2024 | Saat: 11:06
Bölmə:Karusel / Manşet / Kriminal | çapa göndər
Müəyyən edilmişdir ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar vermişdir. Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilmişdir. Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Bəhruz Əskərovun tutularaq Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluğa hazırlıq) maddələri ilə Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmuş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Eyni zamanda müəyyənləşdirilmişdir ki, Bəhruz Əskərov sövdələşərək əlaqə yaratdığı şəxslərin xarici dövlətin ərazisində hərbi təlimlər keçməsini təşkil etməyi planlaşdırmış, lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirə bilməmişdir. Hazırda cinayət işi üzrə bütün xüsusatların araşdırılması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.
1237 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 25-03-2024 | Saat: 11:06
Bölmə:Karusel / Manşet / Kriminal | çapa göndər
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşamış, 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlunun digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsinə əsaslı şübhələr yaranmışdır.
Xəbəri paylaş
Digər xəbərlər
19-08-2020, 17:26
Azərbaycanda son sutkada 162 nəfər COVID-19-dan sağalıb, 146 nəfər yoluxub, 1 nəfər vəfat edib
30-09-2021, 14:15
İranın Quru Qoşunları Azərbaycanla sərhəddə təlimlərə başlayır
25-04-2022, 03:48
Dünya ölkələrinin hərbi xərcləri 2 trilyon dolları keçib
25-09-2020, 11:22
Vergi Məcəlləsinə dəyişiklik ediləcək
9-02-2022, 11:12
Doğuş zamanı ölən 16 yaşlı qızın ərilə bağlı QƏRAR VERİLDİ
21-05-2021, 20:46
Kəlbəcərdə ordumuzun əsgəri vəfat etdi - FOTO
18-08-2025, 20:26
Tramp Rusiya-Ukrayna münaqişəsini həll edəcəyini vurğulayıb
6-06-2024, 10:35
Dövlət və özəl qurumlara kiberhücumlar artıb
9-01-2024, 16:30
Yanğın zamanı 60 uşaq təxliyə olunub - Onların vəziyyəti necədir?
30-12-2025, 11:35
“Mənə zəng etdilər, dedilər ki, imza at…” – Misir Mərdanov işdən çıxarılmasından DANIŞDI







" style="width: 670px; height: 340px;">









