Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırılır
Tarix: 28-01-2019 | Saat: 10:30
Bölmə:Karusel / Sosial | çapa göndər

 

 

Azərbaycanın sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırılır.

"Qarabaginfo" “Report.az”a istinadən xəbər verir ki, bununla bağlı qanunvericiliyə dəyişiklik edilir.

Belə ki, sürücülük vəsiqəsindəki məlumatlar ingilis dilində təkrarlanacaq. Hazırda qüvvədə olan sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin - “ə”, “ğ”, “ö”, “ü” işlənməsi vəsiqələrin xaricdə tanınmasına mane olur.

Layihə Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.



Xəbəri paylaş

580 dəfə oxunub.

Digər xəbərlər