“Crocus” konsert kompleksində törədilən terror aktı nəticəsində 60-dan çox insan həlak olub.
Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, terror aktı qurbanlarının sayı hələ də arta bilər.
Qeyd edək ki, dünən axşam saatlarında kamuflyaj geyinmiş ən azı üç nəfər “Crocus City Hall” binasının birinci mərtəbəsinə girərək avtomat silahlardan atəş açıblar.
Həmçinin qumbara və yanan maddə atıldığından güclü yanğın başlayıb.
Konsert salonunun tavanı qismən çöküb.
Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edəcək.
Putin “Crocus City Hall”da baş verən terror aktı ilə bağlı rusiyalılara müraciət edəcək.