Saytımızı qiymətləndirin


 
 

Almaniya Rusiyadakı prezident seçkilərinin nəticələrini tanımayacaq
Tarix: 18-03-2024 | Saat: 17:47
Bölmə:Karusel / Region | çapa göndər

Almaniya hökuməti Rusiyada keçirilmiş prezident seçkilərini legitim hesab etmir və onların nəticələrini tanımağı planlaşdırmır.

Qarabaginfo.az xəbər verir ki, bunu Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Kristian Hofman bildirib.

“Biz bu seçkiləri qeyri-legitim hesab edirik”, – Hofman deyib.

Jurnalistlərin Almaniya hakimiyyətinin Vladimir Putini prezident adlandırıb-adlandırmayacağına gəlincə, Hofman qeyd edib ki, hazırda Berlin və Moskva arasında dialoq yoxdur, ona görə də bu sual yaranmır. Bununla belə, o əlavə edib ki, Almaniya hökuməti faydalı olarsa, Putinlə danışmağa hazırdır.

“Lakin bu, hazırda planlaşdırılmır”, – Hofman qeyd edib.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sebastyan Fişer öz növbəsində bildirib ki, XİN əvvəllər olduğu kimi Rusiya prezidenti Vladimir Putinə sadəcə “Putin” deyəcək.



Xəbəri paylaş

171 dəfə oxunub.

Digər xəbərlər