Saytımızı qiymətləndirin


 
 

Sənəd qəbulu bu gün yekunlaşır! - Abituriyentlərə XƏBƏRDARLIQ
Tarix: 15-03-2024 | Saat: 13:04
Bölmə:Karusel / Təhsil | çapa göndər

 

Sənəd qəbulu bu gün yekunlaşır! - Abituriyentlərə XƏBƏRDARLIQ

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu bu gün  başa çatacaq.

Dövlət İmtahan Mərkəzindən (DİM) Qarabaqinfo.az-a verilən məlumata görə, 2024-cü il martın 1-də başlanmış ərziə qəbulu 15 mart saat 23:59-dək internet vasitəsilə aparılır.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Orta ixtisas təhsili müəssisələrinə qəbul haqqında elanın tam mətni ilə buradan tanış ola bilərsiz.



Xəbəri paylaş

1154 dəfə oxunub.

Digər xəbərlər