Tarix: 14-03-2024 | Saat: 11:50
Bölmə:Karusel / Dünya | çapa göndər
Türkiyənin cənub-şərqində president Rəcəb Tayyib Ərdoğanın mühafizə xidmətinin əməkdaşı qəza nəticəsində dünyasını dəyişib.
Qarabaqinfo.az xəbər verir ki, İHA agentliyinin məlumatına görə, Türkiyənin cənub-şərqindəki Şırnak vilayətinin İdil rayonunda mitinqdən sonra Ərdoğanın korteji qəzaya düşüb, nəticədə 1 polis ölüb, ikisi polis olmaqla 3 nəfər yaralanıb.
Qəza barədə Mardin şəhərində keçirilən mitinqdə Ərdoğan da məlumat verib: “Bu gün Şırnakdakı mitinqimizdən sonra baş verən avtomobil qəzası nəticəsində həlak olan polis Fırat Dereyə başsağlığı verir, qəzada yaralanan əməkdaşlara şəfa diləyirəm”.
Qeyd edək ki, Ərdoğanın iştirak etdiyi mitinqlər martın 31-də keçiriləcək bələdiyyə seçkiləri öncəsi təşkil edilən kampaniya çərçivəsində keçirilir.
Digər xəbərlər