Ana Sayfa > Karusel / Dünya > Ərdoğanın korteji qəzaya uğrayıb: 1 polis ölüb, 3 nəfər yaralanıb

Ərdoğanın korteji qəzaya uğrayıb: 1 polis ölüb, 3 nəfər yaralanıb


14-03-2024, 11:50. Yazar: Admin

 

Ərdoğanın korteji qəzaya uğrayıb: 1 polis ölüb, 3 nəfər yaralanıb

Türkiyənin cənub-şərqində president Rəcəb Tayyib Ərdoğanın mühafizə xidmətinin əməkdaşı qəza nəticəsində dünyasını dəyişib.

Qarabaqinfo.az xəbər verir ki, İHA agentliyinin məlumatına görə, Türkiyənin cənub-şərqindəki Şırnak vilayətinin İdil rayonunda mitinqdən sonra Ərdoğanın korteji qəzaya düşüb, nəticədə 1 polis ölüb, ikisi polis olmaqla 3 nəfər yaralanıb.


Qəza barədə Mardin şəhərində keçirilən mitinqdə Ərdoğan da məlumat verib: “Bu gün Şırnakdakı mitinqimizdən sonra baş verən avtomobil qəzası nəticəsində həlak olan polis Fırat Dereyə başsağlığı verir, qəzada yaralanan əməkdaşlara şəfa diləyirəm”.

Qeyd edək ki, Ərdoğanın iştirak etdiyi mitinqlər martın 31-də keçiriləcək bələdiyyə seçkiləri öncəsi təşkil edilən kampaniya çərçivəsində keçirilir.


Geri dön