Saytımızı qiymətləndirin


 
 

Oruc tutmaq ömrü uzadır! - Bunu tibb elmi sübut edib
Tarix: 13-03-2024 | Saat: 10:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

Oruc tutmaq ömrü uzadır! - Bunu tibb elmi sübut edib

Oruc tutmağın orqanizmə bərpaedici təsiri var.

Qarabaqinfo.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov bildirib.

O qeyd edib ki, orucun xərçəng hüceyrələrini hazır qlükozadan məhrum edərək (normal hüceyrələrə nisbətən enerjidən daha çox asılı olduqları üçün) öldürdüyü sübuta yetirilib.

"Orucun sərbəst radikalların təsirinə maneə törətdiyi bilinməkdədir. Oruc tutmaq apoptozis (xəstəlikli və təhlükəli hüceyrələrin yox edilməsi) deyilən mexanizmi işlək hala gətirir. Bunu "glikoneogenezis"i fəaliyətə keçirtdərək etməkdədir. Üstəlik, orucun hüceyrələri, toxumaları, orqanları, qanı yeniləyərək orqanizmi və immunitet sistemini yenidən işə salan yeni kök hüceyrələrin əmələ gəlməsinə təkan verdiyi göstərilmişdir", - deputat vurğulayıb.

Rəşad Mahmudov əlavə edib ki, orucun, eləcə də planlı və istəkli aclığın ömrü uzatdığını tibbi elmi sübut edib:

"Bundan tam şəkildə faydalanmaq üçün qida rasionuna diqqət edilməsi əsas şərtdir. Ən böyük fayda isə bir ayın sonunda çəkinin ən az 5% azalmasıdır. Deməli, oruc tutmaq sağlamlığını təmin etmək, sağlam olmaq deməkdir".

Həkim xroniki ürək xəstəliyi olanların, stenti olanların, aorta koronar şuntlama əməliyyatı olanlara da tövsiyə verib.

"Bu günə qədər tibbə məlum bilgilərə görə, dərmanların saatını həkim tövsiyəsinə uygun olaraq iftar və sahur arasında istifadə etmək heç bir əlavə təhlükə yaratmamaqdadır. Tam tərsini bu halda, 12 saatdan çox aç galmaq yuxarıdakı faydalarla yanaşı metabolik sendromu tənzimləməklə dərmanların faydalığını artırmadadır. Qısacası, İslamdan əvvəl də bütün səmavi dinlərdə aclığın kontrollu və faydasına inanaraq hür iradə ilə tutulmasının insan ömrünə faydalılığı bilinməkdədir. Əsas odur ki, yemək saatında rasiona diqqət edilməsi şərti ilə... Bu sadəcə kəskin ağırlaşmış xəstəliklər zamanı (aktiv infakt zamanı) tövsiyə olunmur", - Rəşad Mahmudov vurğulayıb.



Xəbəri paylaş

138 dəfə oxunub.

Digər xəbərlər