Saytımızı qiymətləndirin


 
 

Ukrayna ilk “F-16″ları bu tarixdə alacaq- “New York Times” açıqladı
Tarix: 11-03-2024 | Saat: 15:20
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna ilk F-16 qırıcılarını yalnız iyulda ala biləcək. Əslində isə Avropa ölkələri onları Kiyevə ötən il təhvil verməli idilər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “The New York Times” yazır.

Nəşr qeyd edir ki, problem həm təyyarələrin özlərinin hazırlanmasında, həm də ukraynalı pilotların təlim tempindədir.

Ümumilikdə Aİ ölkələri (Danimarka, Niderland, Norveç və Belçika) 45 ədəd F-16 qırıcısı göndərməyi vəd ediblər.

“Ötən yay Rumıniyanın Fetesti şəhəri yaxınlığındakı aviabazanın ukraynalı pilotlar üçün təlim mərkəzinə çevriləcəyi elan edilmişdi. Lakin bunun nə vaxt baş verəcəyi hələ məlum deyil”, – nəşr yazır.

Bu arada, 12 pilot Danimarka, Böyük Britaniya və ABŞ-da təhsil alır. 2023-cü ilin avqustunda başlayan 10 aylıq təlimdən sonra onların yayın ortalarına qədər F-16-nı uçurmağa hazır olacağı gözlənilir.



Xəbəri paylaş

155 dəfə oxunub.

Digər xəbərlər