Saytımızı qiymətləndirin


 
 

DYP-dən futbol azarkeşlərinə - Müraciət
Tarix: 07-03-2024 | Saat: 10:39
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

dyp-den-futbol-azarkeslerine

Bakı şəhər DYP İdarəsi futbol azarkeşlərinə müraciət edib.

İdarədən Qarabaginfo.az-a verilən məlumata görə, müraciətdə deyilir:

“Bu gün doğma komandamız “Qarabağ” və Almaniyanın “Bayer Leverkuzen” klubları arasında keçiriləcək oyunu izləməyə gələn futbol azarkeşlərindən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.

Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də keçirilməsi nəzərdə tutulan futbol yarışı ilə əlaqədar azarkeşlərin, eləcə də digər hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün müvafiq tədbirlər görülüb.

Bununla yanaşı, idman arenasına paralel və kəsişən küçələrdə hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin olunması, süni sıxlıqların yaranmaması üçün azarkeşlərdən oyunu izləməyə gələrkən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri, ərazidə metronun “Gənclik” stansiyasının yerləşdiyini, avtobus marşrutlarının geniş şəbəkəsinin mövcudluğunun nəzərə alaraq, ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur”.



Xəbəri paylaş

1194 dəfə oxunub.

Digər xəbərlər