Tarix: 05-03-2024 | Saat: 12:54
Bölmə:Karusel / Dünya | çapa göndər
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Qəzzada uşaqların aclıqdan öldüyünü bildirib.
Qarabaqinfo.az BBC-yə istinadən xəbər verir ki, o, ÜST-nin həftə sonu "Al Awda" və "Kamal Advan" xəstəxanalarına baş çəkməsinin ötən ilin oktyabr ayının əvvəlindən bəri ilk dəfə olduğunu söyləyib.
Qebreyesus qida çatışmazlığının 10 uşağın ölümünə və "ciddi qida çatışmazlığına" səbəb olduğunu bildirib. ÜST rəhbəri bölgədəki xəstəxana binalarının da dağıldığını bəyan edib.
Onun sözlərinə görə, "Al Awda" xəstəxanasında vəziyyət xüsusilə ağırdır: "Çünki onun binalarından biri dağıdılıb".
BMT-nin yüksək rütbəli yardım rəsmisi xəbərdarlıq edib ki, Qəzza zolağında ən azı 576 min nəfər və ya region əhalisinin dörddə biri fəlakətli qida çatışmazlığı yaşayır və şimalda iki yaşından kiçik hər 6 uşaqdan biri kəskin qida çatışmazlığından əziyyət çəkir.
BMT-nin uşaqlara yardım agentliyi olan UNİCEF-in regional direktoru Adele Khodr deyib: “Qidalanma Qəzza zolağına ziyan vurduqca, qorxduğumuz uşaq ölümlərini görməyə başladıq".
HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, əksəriyyəti qadın və uşaq olmaqla 30 min 500-dən çox adam həlak olub.
Qeyd edək ki, ötən il 7 oktyabrda HƏMAS yaraqlılarının İsrailə hücumu ilə başlanan toqquşma davam edir. Hər iki tərəfdən minlərlə itki qeydə alınıb.
Digər xəbərlər