Hakimiyyət və ictimai hərəkatlar Ukrayna ilə müharibədən qayıdan hərbçilərin işlə təmin olunması üçün səy göstərməlidir.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Əsas prioritet cəbhədən keçən qəhrəmanlara müxtəlif sahələrdə – biznesdə, dövlət və yerli özünüidarəetmə orqanlarında özlərini tam reallaşdıra bilmələri üçün şərait yaratmaqdır”, – Putin bildirib.
Rusiya lideri keçmiş hərbçilərin gənclərlə maarifləndirmə işində, təhsil və humanitar layihələrin təşviqində iştirakının vacibliyini xüsusilə qeyd edib.
Müharibə veteranlarına işə qəbulda üstünlük verilməyə başlanması faktı ötən ildən məlum olub. Dövlət qurumlarına, QHT-lərə və fərdi sahibkarlara prioritet kimi onları işə götürmək tapşırılıb.
Eyni zamanda Dumanın və Federasiya Şurasının deputatları və senatorları məşğulluq haqqında qanuna Rusiya şirkətlərinin Ukraynada müharibə veteranlarını və onların qohumlarını işə götürmək öhdəliyini prioritet kimi müəyyən edən əlavələr hazırlayıblar.