Saytımızı qiymətləndirin


 
 

“Regionda terrorçuların fəallığı sıfıra endirilib” –Türkiyənin müdafiə naziri
Tarix: 05-03-2024 | Saat: 10:02
Bölmə:Karusel / Region | çapa göndər

Türkiyə Silahlı Qüvvələrinin son dövrdə həm ölkə daxilində, həm də xaricində həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində terror təşkilatlarına sarsıdıcı zərbə vurulub. Qadağan olunmuş təşkilatların yaraqlılarının fəaliyyəti faktiki olaraq sıfıra endirilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər martın 4-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürakın və Qoşun generallarının iştirakı ilə keçirilən müşavirədə bildirib.

“Regionda və bütövlükdə dünyada, mühüm əhəmiyyətə malik proseslər baş verir. Mövcud vəziyyətdə məqsədimiz Türkiyənin maraqlarını və təhlükəsizliyini mümkün qədər tam qorumaqdan ibarətdir”, – deyə Y.Gülər qeyd edib.

Nazir bildirib ki, ölkə ordusu hüquq-mühafizə orqanları ilə birgə Türkiyənin milli təhlükəsizliyinə təhdid və risklərin minimuma endirilməsi və aradan qaldırılması üçün bütün lazımi tədbirləri həyata keçirir.(Azərtac)



Xəbəri paylaş

184 dəfə oxunub.

Digər xəbərlər