Saytımızı qiymətləndirin


 
 

Rusiya Duması Almaniyanın terrorçu dövlət kimi tanınmasını təklif edib
Tarix: 01-03-2024 | Saat: 15:45
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya Dumasının müdafiə komitəsi sədrinin birinci müavini Aleksey Juravlev alman zabitlərinin Krım körpüsünə hücumları müzakirə etdiyi məlum olduqdan sonra Almaniyanın terrorçu dövlət kimi tanınması məsələsinə baxmağa çağırıb.

Qarabaginfo.az xəbər verir ki o, hər gün minlərlə mülki şəxsin keçid boyunca hərəkət etdiyini və son partlayışın günahsız insanların həyatına son qoyduğunu deyib.

“Mövcud sübutlar əsasında Almaniyanın terrorçu ölkə kimi tanınması məsələsinə bu mülahizədən irəli gələn bütün nəticələrlə baxmağı təklif edirəm”, – o bildirib.

Juravlev qeyd edib ki, körpünü dağıtmaq cəhdləri Qərb ölkələrindən olan mütəxəssislərin iştirakı olmadan baş verə bilməzdi. O, həmçinin “Şimal axını”na terror hücumunu xatırladıb.

Qeyd edək ki, RT-nin baş redaktoru Marqarita Simonyan yüksək rütbəli alman zabitlərinin Krım körpüsünü necə bombalamağı müzakirə etdiyi audioyazı aldığını bildirib. Onun sözlərinə görə, körpüyə hücumla yanaşı, alman ordusu ABŞ və Britaniyadan olan həmkarlarını da xatırladır və onların uzun müddətdir münaqişədə birbaşa iştirak etdiyini müzakirə edir.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova isə öz növbəsində alman həmkarı Annalena Berbokun bu söhbət haqqında nə düşündüyünü soruşub. O, qeyd edib ki, alman mətbuatının öz müstəqilliyini sübut etmək və Almaniya hakimiyyətinə suallar vermək şansı yaranıb.



Xəbəri paylaş

173 dəfə oxunub.

Digər xəbərlər