Saytımızı qiymətləndirin


 
 

Şadlıq saraylarında şəxsiyyət vəsiqələri tələb ediləcək - Video
Tarix: 28-02-2024 | Saat: 09:15
Bölmə:Karusel / Sosial | çapa göndər

sadliq-saraylarinda-sexsiyyet-vesiqeleri-teleb-edilecek

Bakıda 16 yaşlı qızın şadlıq saraylarından birində keçirilməsi nəzərdə tutulan toy mərasiminin qarşısı alınıb.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Xəzər televiziyası süjet hazırlayıb.

Belə ki, həmin restoranın administratoru şifahi olaraq bildirib ki, Sabunçu Rayon İcra Hakimiyyətindən onunla əlaqə saxlanılıb, toyun keçirilməməsi barədə xəbərdarlıq olunub.

Həmin toy qeyri-müəyyən müddətə təxirə salınıb.

Sabunçu RİH-dən isə bildirilib ki, məkanın sahibi qızın azyaşlı olduğu haqqında məlumatı olmadığını bildirib. Bu səbəbdən də Sabunçu rayonu ərazisində yerləşən bütün toy məkanlarına toy edəcək olan cütlüklərin öncə şəxsiyyət vəsiqələrinin təqdim edilməsinə göstəriş verilib. 

Bəs toy edən valideyn uşaqlarının şəxsiyyət vəsiqəsini təqdim etməkdən imtina edərsə, hansısa məsuliyyət tədbiri olacaqmı?

Daha ətraflı videoda:

(Qafqazinfo.az)



Xəbəri paylaş

152 dəfə oxunub.

Digər xəbərlər