Saytımızı qiymətləndirin


 
 

Ukraynanın Baş Komandanı əhalini sevindirən XƏBƏR VERDİ
Tarix: 24-02-2024 | Saat: 13:08
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukraynanın Baş Komandanı əhalini sevindirən XƏBƏR VERDİ

 

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının 2-ci ildönümü ilə bağlı müraciət edib.

Qarabaginfo.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, general İkinci Dünya müharibəsindən sonra hazırda Avropada ən böyük savaşın getdiyini vurğulayıb.

“Minlərlə rus işğalçısı bütün istiqamətlərdən Ukraynaya doğru hərəkət edəndə, torpaqlarımıza minlərlə raket və bomba düşəndə ​​dünyada heç kim bizim sağ qalacağımıza inanmırdı” , - deyə Sırski müharibənin ilk günlərini təsvir edib.


"Amma Ukrayna döyüşdü və sağ qaldı”, - Baş Komandan vurğulayıb.

O, Ukraynanın əks-hücum cəhdinin obyektiv şəraitə görə istənilən nəticəni vermədiyini qeyd edib.


Sırski müharibədə döyüşən bütün ukraynalı müdafiəçilərə, həkimlərə, xilasedicilərə və könüllülərə təşəkkür edib.


O, yaxın gələcəkdə Ukraynanın işğalçıya havada cavab verə biləcəyinə inandığını bildirib.

"Daha çox yanan Rusiya təyyarələri olacaq. Dövlət rəhbərliyi bunun üçün əlindən gələni edir", - Baş Komandan ukraynalıları əmin edib.


General Sırski müharibənin 2-ci ildönümü günündə ukraynalıları sevindirən xəbər də verib. O deyib ki, Rusiyaya 300 milyon dollardan baha başa gələn A-50 təyyarəsi məhv edilmiş texnikalar siyahısına əlavə edilib. Təyyarə fevralın 23-də axşam Azov dənizi üzərində vurulub.



Xəbəri paylaş

180 dəfə oxunub.

Digər xəbərlər