Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın sədrliyi ilə Asiya ölkələri arasında əlaqələr möhkəmlənəcək
Tarix: 22-02-2024 | Saat: 10:51
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycanın sədrliyi ilə Asiya ölkələri arasında əlaqələr möhkəmlənəcək

 

Dünyanın çox çətin bir dönəmdən keçdiyini müşahidə edirik. 

Qarabaginfo.az xəbər verir ki, bunu Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bildirib.

 

“Bu məqamda Asiyanın yüksəlişinə şərait yaradacaq maqamlara diqqət edilməlidir. APA-nın bu məqamda töhfələri böyük ola bilər.


Bundan əlavə, Türkiyə olaraq da biz APA-la münasibətlərə xüsusi diqqət yetiririk. Bundan sonra Azərbaycanın APA-ya sədrliyi ilə Asiya ölkələri arasında münasibət və əlaqələrin daha da möhkəmlənəcəyinin şahidi olacağıq. Biz bu sədrlik dövründə Azərbaycana bütün dəstəklərimizi bildirəcəyik”.

 

Sədr dünyada müharibələrə də toxunub:

 

“Bu gün dünyada iki böyük müharibənin şahidi oluruq. Bunlardan biri Rusiya-Ukrayna arasında mübarizədir. Bu mübaribə göstərdi ki, münaqişə təkcə iki ölkəyə deyil, bütün dünyaya təsir edir. Bu münaqişədə Türkiyə iki dövlət arasında vasitəçi rolunu oynayaraq dünyada taxıl böhranın qarşısı almış sayılıb. 


Digər mübarizə isə Fələstin və İsrail arasındadır. Təəssüf ki, beynəlxalq qurumlar məsələlərə düzgün yaranmır. Bu məqamda bizim daha ədalətli münasibət göstərən platformalara ehtiyacımız var. Buna düşünürəm ki, dünyanın gücü yetər”.



Xəbəri paylaş

169 dəfə oxunub.

Digər xəbərlər