Saytımızı qiymətləndirin


 
 

Məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi AÇILDI
Tarix: 20-02-2024 | Saat: 12:13
Bölmə:Karusel / Hadisə | çapa göndər

 

Məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi AÇILDI

Bakıda məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi açılıb.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

 

"Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırıldı. İstintaq hərəkətləri davam etdirilir", - o qeyd edib.

 

Qeyd edək ki, görüntülərdə yeniyetmə qız digərinin alnına ədəbsiz sözlər yazır, onun başında yumurta qırır və saçlarını qayçı ilə kəsir.

 

Hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi də açıqlama yayıb: “Paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər ilə bağlı məsələ nəzarətə götürülüb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək”.



Xəbəri paylaş

162 dəfə oxunub.

Digər xəbərlər