Saytımızı qiymətləndirin


 
 

Ötən ay bu məhsullar bahalaşıb - Qoyun və toyuq əti, şəkər, soğan...
Tarix: 13-02-2024 | Saat: 14:25
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Ötən ay bu məhsullar bahalaşıb - Qoyun və toyuq əti, şəkər, soğan...

Bu ilin yanvar ayında Azərbaycanda inflyasiya 1.7% təşkil edib. 

 

Qarabaqinfo.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, yanvarda qida məhsulları, içkilər və tütün məmulatları üzrə inflyasiya dekabra nisbətən 1.1% olub.

 

Məlumata görə, ayrı-ayrı qida məhsullarından düyünün, qoyun və toyuq ətinin, təzə balığın, südün, yumurtanın, zeytun yağının, naringinin, limonun, bananın, almanın, narın, xiyarın, pomidorun, balqabağın, sarımsağın, soğanın, kartofun, yerkökünün, şəkərin, konfetlərin, meyvə şirəsinin, spirtli içkilərin, tütün məmulatlarının qiymətində artım olub.

 

Azalma isə əsasən manna və qarabaşaq yarmasının, unun, çörəyin, mal ətinin, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, portağalın, çuğundurun, şəkər tozunun qiymətlərində müşahidə olunub.

 

Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.



Xəbəri paylaş

1175 dəfə oxunub.

Digər xəbərlər