Saytımızı qiymətləndirin


 
 

Zaqatalada dəhşət: Məktəbdən çıxan 3 şagirdi maşın vurdu, ikisi öldü
Tarix: 08-02-2024 | Saat: 17:10
Bölmə:Karusel / Hadisə | çapa göndər

Zaqatalada dəhşət: Məktəbdən çıxan 3 şagirdi maşın vurdu, ikisi öldü

 

Zaqatalada üç məktəblini avtomobil vurub, ikisi ölüb, biri ağır xəsarət alıb.

 

Qarabaginfo.az xəbər verir ki, hadisə rayonun Göyəm kəndi ərazisində baş verib.

 

Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili Göyəm kənd sakinləri olan üç məktəblini vurub. Hadisə zamanı 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. Onların sinif yoldaşları, 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə isə ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

 

Məlumata görə, 11 yaşlı məktəblilələr eyni sinfin şagirdləridir. Hadisə onlar məktəbdən çıxıb evə gedərkən baş verib. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma başlayıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, fevralın 8-i saat 13 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində Emin İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə piyadalar, 2013-cü il təvəllüdlü üç azyaşlını vurub. Onlardan 2-si vəfat edib, digəri isə xəstəxanaya yerləşdirilib.

 

Şəki-Zaqatala Regional Təhsil İdarəsi də Zaqatalada 3 məktəblini avtomobil vurması ilə bağlı məlumat yayıb. Açıqlamada deyilir ki, fevralın 8-də Zaqatala rayonu Göyəm kənd tam orta məktəbinin 5-ci sinif şagirdləri olan İbrahimzadə İbrahim Əziz oğlu, İsayev Ramazan Babək oğlu və Permadov Kamal Elçin oğlunu dərs məşğələləri qurtardıqdan sonra evə qayıdarkən yolda avtomobil vurub.


Məktəblilərdən ikisi - İsayev Ramazan Babək oğlu və Permadov Kamal Elçin oğlu elə hadisə yerindəcə dünyasını dəyişiblər. İbrahimzadə İbrahim Əziz oğlu isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır olaraq qalır.



Xəbəri paylaş

1191 dəfə oxunub.

Digər xəbərlər