Saytımızı qiymətləndirin


 
 

Bəylər Eyyubov Şuşada səs verdi - VİDEO
Tarix: 07-02-2024 | Saat: 13:47
Bölmə:Karusel / Siyasət / Qarabağ | çapa göndər

Bəylər Eyyubov Şuşada səs verdi - VİDEO

Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubov prezident seçkilərində iştirak edib.

Qarabaginfo.az xəbər verir ki, B.Əyyubov Şuşadakı seçki məntəqəsində səs verib.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.(Manset.az)

 



Xəbəri paylaş

165 dəfə oxunub.

Digər xəbərlər