Zalujnı səfir vəzifəsinə getməyə razılaşıb
Tarix: 06-02-2024 | Saat: 12:30
Bölmə:Karusel / Dünya | çapa göndər
1196 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 06-02-2024 | Saat: 12:30
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının Böyük Britaniyada səfir vəzifəsinə razı olduğu bildirilir.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yevgeni Şevçenko danışıb.
“Məndə olan məlumata görə, Zalujni Böyük Britaniyadakı səfir vəzifəsinə razılaşıb.
Çox güman ki, ora gedəcək və biz bilirik ki, səfir göndərilən adamlar üçün bu, siyasi təqaüddür, heç kim geri qayıtmayıb, Ukraynada belə ənənə yaranıb”, - Şevçenko bildirib.
Son günlər prezident Vladimir Zelenskinin Zalujnını işdən çıxaracağı ilə bağlı intensiv xəbərlər yayılıb. Ukrayna prezidenti son müsahibəsində belə niyyətini etiraf edib.
Xəbəri paylaş
Digər xəbərlər
22-10-2022, 18:14
Zəngilana 100 milyon dollarlıq yatırım – VİDEO
8-07-2022, 14:53
Azərbaycanda 617 liliput uşağa boy dərmanı verilib
13-07-2023, 17:39
ADNSU-nun rektoru Vazeh Əskərova həvalə olunub
5-02-2024, 15:15
İlham Əliyevin uğurla apardığı xarici siyasət
10-12-2020, 14:35
Türkiyə Prezidenti: “Qarabağa qətliam və göz yaşından başqa heç bir şey gətirməyənlər ağıllarını başlarına yığmalıdırlar”
3-11-2020, 11:03
Ermənistan Qarabağda muzdlu döyüşçülərdən istifadə edir –FAKT
29-05-2025, 15:55
Laos Prezidenti Azərbaycan liderinə təbrik məktubu göndərib

















