Saytımızı qiymətləndirin


 
 

Ukrayna Luqanskda separatçı rəhbərlərin olduğu ad günü məclisinə zərbə endirib
Tarix: 05-02-2024 | Saat: 17:53
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna Silahlı Qüvvələri şənbə günü, fevralın 3-də separatçı Luqansk vilayətinin Lisiçansk şəhərində restorana zərbə endirib.  Həmin vaxt orada qondarma “Luqansk Xalq Respublikasının” “administrasiya rəhbərliyi” və Rusiya hərbçiləri olub. 

Azpost.info bildirir ki, Rusiyanın “Mash in Donbass” Teleqram kanalının məlumatına görə, zərbə nəticəsində qondarma “LNR”-in “fövqəladə hallar naziri” Aleksey Poteleşenko həlak olub. Kanal bununla bağlı həlak olan “nazir”in oğluna istinad edib.

Zərbə endirilən gün  Poteleşenko “Adriatica” kafesində deputat İvan Juşmanın ad günündə olub. Atəş zamanı “FHN naziri” digər qonaqlarla birlikdə içəridə olub. Jurnalist Denis Kazanskinin məlumatına görə, Lisiçanskda hucum  administrasiya nümayəndələrinin – “Fövqəladə Hallar Nazirliyinin rəhbərləri”, “prokurorlar” və “müavinlər”in toplaşdığı kafedə olub.

Rusiyanın “Astra” Teleqram kanalı yerli sakinlərə istinadən qeyd edib ki, rus hərbçilərinin yemək yediyi restoran binası hücuma məruz qalıb.

Bundan əvvəl Rusiya nəşrləri Ukraynanın mülki şəxslərin olduğu çörək sexinə zərbə endirdiyini bildirmişdi.

Rusiya tərəfinin məlumatına görə, hücum nəticəsində 28 nəfər həlak olub.



Xəbəri paylaş

161 dəfə oxunub.

Digər xəbərlər