Saytımızı qiymətləndirin


 
 

"Qızıl Xaç" Arayik və digər separatçılara BAŞ ÇƏKDİ
Tarix: 05-02-2024 | Saat: 15:49
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Yanvar ayının sonu və fevral ayının əvvəllərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər.

 

Bu barədə Qarabaqinfo.az -ın sorğusuna cavab olaraq Komitədən məlumat verilib.

 

Qeyd olunub ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

 

"Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir", - açıqlamada deyilir.

 

Xatırladaq ki, Azərbaycan Ordusunun 19-20 sentyabr 2023-cü il tarixdə keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağ separatçılarının başçıları Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, David İşxanyan, Levon Mnasatkanyan, David Babayan, David Manukyan həbs edilərək Bakıya gətirilib. Onlara  Azərbaycan ərazisində terrorçuluğunun təşkil edilməsinə görə bir neçə maddə üzrə cinayət işi açılıb.



Xəbəri paylaş

192 dəfə oxunub.

Digər xəbərlər