Saytımızı qiymətləndirin


 
 

Xocalıya qayıdışa az qalıb... - Video - Fotolar
Tarix: 05-02-2024 | Saat: 13:15
Bölmə:Karusel / Qarabağ | çapa göndər

xocaliya-qayidisa-az-qalib

Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri kimi, Xocalı şəhəri də böyük tikinti meydançasını xatırladır. Bir zamanlar yurdlarından didərgin düşən Xocalı sakinlərinin bu il doğma şəhərlərinə qayıtmaları üçün geniş bərpa-quruculuq işləri həyata keçirilir.

Qarabaginfo.az xəbər verir ki, “AZƏRTAC” hazırda inşaat işləri həyata keçirən Xocalıdan süjet hazırlayıb.

“Bakı Abadlıq Xidməti” MMC-nin memarı Elnur Abdullayev bildirib ki, hazırda Xocalı şəhərinin ərazisində 283 fərdi evdə əsaslı bərpa-quruculuq işləri görülür. Fərdi evlərlə yanaşı, şəhərin infrastrukturu da yenidən qurulur. Artıq rabitə, elektrik, içməli su, kanalizasiya və digər daşıyıcı xətlərin çəkilişi yekunlaşıb, ev birləşmələri işi aparılır.

Şəhər ərazisinin məişət tullantılarından və yabanı bitkilərdən təmizlənməsi, abadlaşdırma və yaşıllaşdırma prosesi də davam edir.

Xocalı şəhərindən çəkilmiş foto və videogörüntüləri təqdim edirik:



Xəbəri paylaş

168 dəfə oxunub.

Digər xəbərlər