“Moskva Zəngəzur yolu kimi Ağdam-Əsgəran-Şuşa yolunun da açılmasını təmin etməlidir…”
Tarix: 17-10-2022 | Saat: 14:32
Bölmə:Karusel | çapa göndər
1232 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 17-10-2022 | Saat: 14:32
Bölmə:Karusel | çapa göndər

“Razılaşaq ki, Ağdam-Əsgəran-Şuşa, eləcə də Tərtər-Ağdərə-Kəlbəcər yollarının açılması dövlətimiz və xalqımız üçün iqtisadi baxımdan daha sərfəli, rentabelli ola bilər…”
Sabiq ədliyyə naziri və dövlət başçısının Qarabağ üzrə keçmiş səlahiyyətli nümayəndəsi(aprel-iyun 1992-ci il) Əlisaab Orucovla “Mübarizəmiz Qarabağdadır” adlı kitabındakı faktlar əsasında Moderator.az üçün münaqişənin yeni başlandığı dövrdə erməni yaraqlıları tərəfindən Azərbaycan Respublikası daxilindəki bir sıra kommunikasiyaların kəsilməsi ilə bağlı söhbətimizdən sonra oxucularımızı həmsöhbətimizin indiki dövrdə Ukraynada işğalçı savaş aparan Rusiyanın “sülhməramlı” sayılan qüvvələrinin Azərbaycan ərazilərində yerləşməsinə münasibəti maraqlandırır. Görəsən, Rusiya hərbi gücünün torpaqlarımızda mövcud olduğu iki ilə yaxın dövrdə 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasının müddəalarına uyğun olaraq bir vasitəçi kimi beynəlxalq hüquqla Azərbaycan ərazilərindəki artıq 30 ildən çoxdur, bağlı qalan daxili kommunikasiyaların, o cümlədən, Ağdam-Əsgəran-Xocalı-Şuşa və Tərtər-Ağdərə-Kəlbəcər yollarının açılmasına nail ola bilərmi?..

Sabiq nazir Moderator.az-a növbəti açıqlamasında məsələyə belə münasibət bildirib:
“Bilirsiz, tarix boyu ermənilərin bizlərə qarşı düşmənçiliyi daim olub. Lakin müxtəlif beynəlxalq güclər, iri dövlətlər Türkiyəyə, Azərbaycana qarşı istifadə etmək məqsədi ilə onları qızışdıraraq arxalarında durublar və təəssüf ki, hələ də durmaqdadırlar. XX əsrin əvvəlləri, sonları və artıq bu günlərdə haylardan Azərbaycana qarşı bəhrələnən isə əsasən Rusiya imperiyaları olub, o cümlədən Sovet-rus imperiyası və indiki Rusiya Federasiyası… Əminəm ki, əgər Moskva Qarabağdakı və Ermənistandakı separatçı, işğalçı xislətli ermənilərin arxasında durmasaydı, onlar nə o zaman, nə də indi istər keçmiş Dağlıq Qarabağ ərazisindəki kommunikasiyaları, istərsə də Zəngəzurdan Naxçıvana, Türkiyəyə keçən yollarımızı bağlamağa cəsarət edə biməzdilər. Təcrübəm və müşahidələrim, təhlillərim əsasında deyə bilərəm ki, o dövrdə Kremlin yaratdığı komitələrin rəhbərləri olan Volski və Polyaniçko kimi, bu gün də son iki ildə “sülhməramlı”ların komandanları Muradovlar, Volkovlar da Rusiyanın imperiyapərəst rəhbərliyinin siyasətini yerinə yetirərək Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmirlər”.
“Hesab edirəm ki, əgər Moskva istəsə, məsələn, Ağdam-Əsgəran-Xocalı-Şuşa yolunu istər 1989-1991-ci illərdə, istərsə də indiki dövrdə azərbaycanlılar üçün açıb təhlükəsiz vəziyyətə gətirə bilərlər. Özü də axı bu, yəni Zəngəzur yoluyla yanaşı, daxili kommunikasiyaların da açılmasını təmin etmək 10 noyabr üçtərəfli razılaşmasına əsasən Rusiyanın bir vasitəçi kimi borcu, vəzifəsidir. Odur ki, rəsmən "sülhməramlı" sayılan kontingent Kreml Zəngəzur yoluyla bərabər, Ağdam-Şuşa, Tərtər-Ağdərə-Kəlbəcər yollarının açılmasını da təmin etməlidir...
Bu gün, şükürlər olsun ki, 44 günlük müharibədən sonra Azərbaycan dövləti Füzuli və Xocavənd rayonları ərazisindən Şuşaya, həmçinin Toğana ərazisindən Kəlbəcərdə qısa müddətdə müasir səviyyəli yolların çəkilməsinə nail olub və insanlarımız həmin yollarla rahat gedib-gələ bilirlər. Amma razılaşaq ki, Ağdam-Əsgəran-Şuşa, eləcə də Tərtər-Ağdərə-Kəlbəcər yollarının açılması dövlətimiz və xalqımız üçün iqtisadi baxımdan daha sərfəli, rentabelli ola bilər. Nəyə görə bu gün Azərbaycan vətəndaşı Ağdamdan Şuşaya, yaxud Tərtərdən Kəlbəcərə getmək üçün onlarla, hətta bəzən yüzlərlə kilometr artıq məsafə qət etməlidir? Odur ki, bu məsələnin həllində prinsipial olmalıyıq”- deyə dövlət başçısının Qarabağ üzrə keçmiş səlahiyyətli nümayəndəsi(aprel-iyun 1992-ci il) vurğulayıb.
Xəbəri paylaş
Digər xəbərlər
14-03-2026, 20:56
Şimali Koreya 10-dan çox ballistik raket atdı
1-06-2021, 07:19
Dmitri Medvedev: “Qərblə münasibətlər kəskin pisləşib”
7-10-2025, 14:46
Ərdoğan Qəbələdədir - Fotolar
1-06-2022, 14:19
İbrahim Rəisi sabah Təbrizə səfər edəcək
23-02-2025, 16:26
Suriyada ilk Milli Dialoq Konfransı fevralın 25-də keçiriləcək
23-09-2025, 21:34
Əfqanıstan: Baqram bazasını ABŞ-a geri verməyəcəyik
3-10-2025, 17:33
Şirkət əməkdaşları saxlanıldı: qadın da var
12-09-2023, 15:05
Orta aylıq əməkhaqqı artdı
3-08-2022, 13:44
Biləsuvarda yol tikintisinə 5,2 milyon manat ayrılıb
23-12-2024, 14:06
“Ukrayna münaqişəsi ABŞ üçün problemə çevriləcək”- NATO Baş katibi



















