Saytımızı qiymətləndirin


 
 

“366-cı alayın hərbçiləri ilə hələ də böyük dostluğumuz var“ - Seyran Ohanyandan etiraf 
Tarix: 10-08-2021 | Saat: 20:28
Bölmə:Karusel / Region | çapa göndər

“366-cı alayın hərbçiləri ilə hələ də böyük dostluğumuz var“ - Seyran Ohanyandan etiraf 

“366-ci alay Birinci Qarabağ müharibəsi dövründə Stepanakertə (Xankəndi) və Qarabağ əhalisinə müxtəlif istiqamətlərdə böyük dəstək verib”.

Qarabaginfo.az “Armenian News”a istinadla xəbər verir ki, bunu "Ermənistan" blokunun rəhbəri Seyran Ohanyan avqustun 10 -da parlamentdə jurnalistlərə müsahibəsində bildirib.

Onun əlavə edib: “Bu hərbi hissənin hərbçiləri ilə hələ də böyük dostluğumuz var, çoxu indi Rusiyadadır”.

Seyran Ohanyanın sözlərinə görə, Rusiya ilə Ermənistan arasında ilk böyük hərbi-texniki müqavilə, yəni Rusiyadan idxal haqqında müqavilə Robert Köçəryanın hakimiyyəti dövründə imzalanıb. “Onun rəhbərliyi altında ilk “S-300”” sistemlərini gətirdik, bizə iki “İL-76” təyyarəsi verildi. Serj Sarkisyanın rəhbərliyi altında başqa bir təyyarə aldıq. Mənim rəhbərliyim dövründə Rusiyadan 1300 təyyarə silahı idxal etdik. Bütün bunlar onu göstərir ki, Ermənistan Silahlı Qüvvələrinə silah tədarükü prosesi davamlı olub”.(Yenisabah.az)

 



Xəbəri paylaş

1349 dəfə oxunub.

Digər xəbərlər