Saytımızı qiymətləndirin


 
 

“Ukraynanın haqqımızda nə düşündüyü maraqlı deyil”- Orban
Tarix: 02-02-2024 | Saat: 17:56
Bölmə:Karusel / Region | çapa göndər

“Macarıstana xarici siyasətinin Ukrayna tərəfindən qiymətləndirməsi lazım deyil. Belə fikirlər bizə maraqlı deyil”.

Qarabaginfo.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban bildirib.

“Onların bu mövzuda fikirləri maraqlı deyil. Biz suveren ölkəyik və buna məhəl qoymuruq”, – Orban deyib.

Onun sözlərinə görə, Macarıstan öz maraqları əsasında Ukrayna ilə suveren xarici siyasət və münasibətlər qurur.

Macarıstan Baş naziri həmçinin bildirib ki, Ukraynaya Avropa İttifaqının ayırmağa qərar verdiyi 50 milyard avro məbləğində yeni yardım paketi silah alınması üçün deyil, ölkə iqtisadiyyatını dəstəkləmək üçün lazımdır.



Xəbəri paylaş

1116 dəfə oxunub.

Digər xəbərlər