Litvada rus məktəblərinin bağlanması təxirə salınıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin təhsil, elm və idman naziri Gintautas Yakştas parlamentin bildirib.
Onun sözlərinə görə, qərar həmin məktəblərin yerləşdiyi ərazilərdə təhsil müəssisələrinin az olması səbəbindən qəbul edilib.
Eyni zamanda, Yakstas əlavə edib ki, nazirlik bu ideyadan əl çəkmir. O, bunu belə qurumlarda anti-Litva əhval-ruhiyyəsinin yayılması ilə izah edib. Dediyinə görə, yaxın vaxtlarda bu məsələnin həlli ilə bağlı ideyalar müzakirə olunacaq.
Yakştas daha əvvəl bildirmişdi ki, Litva hakimiyyəti məktəblərdə rus dilindən tədris dili kimi imtina etmək imkanını nəzərdən keçirir. Onun sözlərinə görə, ölkə Aİ-nin rəsmi dillərinə diqqət yetirməlidir. Litvalı nazirin fikrincə, digər ölkələrlə dostluq şəraitində təlimlərə dair ikitərəfli razılaşmalar mümkündür.