Tarix: 02-07-2022 | Saat: 12:20
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
ABŞ-ın ən böyük banklarından biri olan "JP Morgan Chase"nin analitiklərinin proqnozlarına əsasən, əgər Rusiya Qərbin sanksiyalarına cavab olaraq neft tədarükünü əhəmiyyətli dərəcədə azaltsa, neftin bir barelinin qiyməti 360 dollara çata bilər.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə Bloomberq agentliyi yazıb.
Analitiklərin fikrincə, Rusiya neftinin tədarükünün sutkada 3 milyon barel azalması London birjasında yanacaq qiymətinin 190 dollaradək artmasına gətirib çıxaracaq. Ən pis ssenari qismində Rusiyadan neft tədarükünün sutkada 5 milyon barel azalması nəzərdən keçirilir. Bu halda qiymət 360 dollara qədər arta bilər.
Analitiklər hesab edirlər ki, Rusiya bu addımı ABŞ və Avropa İttifaqı tərəfindən neftin qiymətinə məhdudiyyət qoyulduğu halda ata bilər. Belə ki, G7 qrupunun sammitində liderlər məhdudiyyət imkanlarının nəzərdən keçiriləcəyini vurğulayıblar.
Digər xəbərlər