Saytımızı qiymətləndirin


 
 

Hisilər ABŞ hərbi gəmisinə raket zərbəsi endirdi
Tarix: 31-01-2024 | Saat: 14:46
Bölmə:Karusel / Dünya | çapa göndər

Yəmən husiləri Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Grevely” gəmisinə raket zərbəsi endiriblər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə husi ordusunun sözçüsü Yəhya Saria bildirib.

Onun sözlərinə görə, hisilərin gəmisindən raketlər ABŞ gəmisinə doğru atılıb.

Saria deyib ki, hücum Qərbin Yəmən ərazisinə endirdiyi hərbi zərbələrə cavab olaraq həyata keçirilib. O, husilərin Qırmızı dənizdə gördükləri ABŞ və ya Britaniya hərbi gəmilərinə hücum edəcəyinə söz verib.

Husi sözçüsünün sözlərinə görə, onlar yalnız Qəzza zolağında hərbi əməliyyatlar dayandırıldıqdan sonra atəşi dayandıracaqlar.

ABŞ hələlik bu məlumatı şərh etməyib və qurbanlar barədə məlumat verməyib.



Xəbəri paylaş

147 dəfə oxunub.

Digər xəbərlər