Saytımızı qiymətləndirin


 
 

Avtomobillərin utilizasiyası üçün məbləğ - Təsdiqləndi
Tarix: 31-01-2024 | Saat: 12:29
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

avtomobillerin-utilizasiyasi-ucun-mebleg

Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi təsdiqlənib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği” 2024-cü il fevralın 1-dən, “Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi” 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir.

Traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli 187 nömrəli Qərarı ilə müəyyən edilən mexaniki nəqliyyat vasitələri üçün utilizasiya haqları isə 2024-cü il fevralın 1-dən 2 (iki) il müddətinə 50 (əlli) faiz həcmdə tətbiq ediləcək.


 



Xəbəri paylaş

189 dəfə oxunub.

Digər xəbərlər
1-02-2022, 13:22 Sabahın hava PROQNOZU