Saytımızı qiymətləndirin


 
 

Mindən çox əcnəbi Gürcüstandan sığınacaq istəyib
Tarix: 31-01-2024 | Saat: 11:33
Bölmə:Karusel / Dünya | çapa göndər

Mindən çox əcnəbi Gürcüstandan sığınacaq istəyib

 

2023-cü ildə 1052 əcnəbi Gürcüstandan sığınacaq istəyib.

 

Qarabaqinfo.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, müraciət edənlərin sayı 2022-ci illə müqayisədə 40% azalıb.

 

Həmin il 1473 nəfər beynəlxalq mühafizə orqanlarına müraciət edib.

 

2023-cü ildə Gürcüstana sığınacaq istəyənlər arasında ən çox İran (204), Ukrayna (163) və Türkiyə (156) vətəndaşları olub. Müraciət edənlər arasında 83 Rusiya, Pakistan və Misirin hər birindən 46, Hindistanın 32 vətəndaşı da olub.

 

166 əcnəbiyə humanitar status verilib. Onlardan 130-u Ukrayna, 7-si Suriya, 4-ü Əfqanıstan, 1-i Yəmən, İraq və Eritreya vətəndaşlarıdır. Humanitar status alanlar arasında ruslar yoxdur.

 

16 əcnəbi qaçqın statusu alıb: 4-ü Rusiyadan, 3-ü Banqladeşdən, 3-ü İrandan, hər biri Tanzaniya, Suriya və Türkiyədən bir nəfər, həmçinin üç vətəndaşlığı olmayan şəxs.



Xəbəri paylaş

172 dəfə oxunub.

Digər xəbərlər