Saytımızı qiymətləndirin


 
 

Gürcüstan-Rusiya ticarət dövriyyəsi necə dəyişib?
Tarix: 24-01-2024 | Saat: 16:07
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Gürcüstan-Rusiya ticarət dövriyyəsi necə dəyişib?

2023-cü ildə Gürcüstan və Rusiya arasında ticarət dövriyyəsinin ümumi həcmi 2,401 milyard dollar təşkil edib.

 

Qarabaqinfo.az "Kommersant"a istinadən xəbər verir ki, bu, 2022-ci ildəki göstəricidən bir qədər az - 2,478 milyard dollardır.

 

Bu barədə Gürcüstanın Milli Statistika Xidməti (Geostat) məlumat yayıb.

 

Məlumata görə, 2022-ci ildə Gürcüstan Rusiya Federasiyasından 1 milyard 744 milyon dollar dəyərində məhsul idxal edib.

 

"Geostat"ın məlumatına görə, ötən il Gürcüstan Rusiya Federasiyasından 552,1 milyon dollar dəyərində neft və neft məhsulları, 131,1 milyon dollarlıq karbohidrogenlər, 56,2 milyon dollarlıq taxıl, 48,6 milyon dollarlıq şüşə qablar və s. alıb.

 

Gürcüstandan Rusiya Federasiyasına 168,3 milyon dollar dəyərində təbii şərablar, etil spirti və digər spirt tərkibli içkilər (araq, brendi) - 67,4 milyon dollar, avtomobillər - 67,1 milyon dollar, mineral və şirin sular - 61,8 milyon dollar, limonad - 60,7 milyon dollar ixrac edilib.

 

Gürcüstanın ticarət tərəfdaşları arasında Türkiyə hələ də birinci yerdədir, lakin Gürcüstan ixracının həcminə görə Rusiya Federasiyası birinci yerdədir.



Xəbəri paylaş

1111 dəfə oxunub.

Digər xəbərlər