Saytımızı qiymətləndirin


 
 

17 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - Sabahın havası
Tarix: 24-01-2024 | Saat: 13:33
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

17 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - Sabahın havası

Yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaqinfo.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafi ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 75-65 % olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2-7° şaxta olacaq.

 

Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.



Xəbəri paylaş

1144 dəfə oxunub.

Digər xəbərlər