Saytımızı qiymətləndirin


 
 

Mirzoyan Xorvatiya baş naziri ilə Azərbaycanla normallaşmadan DANIŞDI
Tarix: 19-01-2024 | Saat: 13:44
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Mirzoyan Xorvatiya baş naziri ilə Azərbaycanla normallaşmadan DANIŞDI

Zaqrebdə rəsmi səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mizoyan Xorvatiyanın baş naziri Andrey Plenkoviçlə görüşüb.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

 

"Həmsöhbətlər səfərin Ermənistan və Xorvatiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etdiyini qeyd edərək, son dövrlərdə yüksək səviyyəli təmasların ikitərəfli əməkdaşlığa yeni təkan verdiyini vurğulayıblar", - məlumatda deyilir.

 

"Ermənistanın xarici işlər naziri və Xorvatiyanın baş naziri iki ölkə arasında əməkdaşlıq gündəliyinin daha da zənginləşdirilməsi, ikitərəfli siyasi dialoqun dərinləşdirilməsi, ticarət-iqtisadi əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar", - deyə qeyd olunub.

 

Ararat Mirzoyan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və Cənubi Qafqazda sülhün bərqərar olması prosesinə məlum prinsiplər əsasında Ermənistan tərəfinin yanaşmalarını Xorvatiyanın Baş nazirinə təqdim edib.

 

Ermənistan Respublikası hökuməti tərəfindən hazırlanmış “Sülhün kəsişməsi” layihəsi və onun siyasi və iqtisadi komponentləri də müzakirə olunub.

 

Görüşün sonunda Mirzoyan qonaqların xatirə kitabına qeydlər edib.



Xəbəri paylaş

1106 dəfə oxunub.

Digər xəbərlər