Saytımızı qiymətləndirin


 
 

Qaz sayğacları əvvəlki aylarla müqayisədə artıq yazıb? - Rəsmi AÇIQLAMA
Tarix: 12-01-2024 | Saat: 17:51
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Qaz sayğacları əvvəlki aylarla müqayisədə artıq yazıb? - Rəsmi AÇIQLAMA

 

"Azəriqaz" İstehsalat Birliyində növbəti açıq qapı aksiyası keçirilib. İctimaiyyəti maraqlandıran məsələlərə aydınlıq gətirilib.

 

Qarabaginfo.az, qaz istifadəçiləri bu ay ötən aylara nisbətən sayğacdakı məbləğin daha artıq olması ilə bağlı postlar paylaşıb. 

 

"Azəriqaz"ın istehsalçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev məsələ ilə bağlı bildirib ki, problemi olan vətəndaşlar aidiyyəti üzrə müraciət etməlidir:

 

"Mexanik sayğaclarla bağlı problem varsa, bizə müraciət edə bilərlər. Mexaniki səhv tək-tük ola bilər. Ona biz düzəliş edirik. Lakin kütləvi halda belə bir məsələ yoxdur. Bu suallar qazın limit ilə bağlı olur. Qazın həcmi başqa bir şeydir, həcminə uyğun qazın dəyərinin hesablanması başqa bir şeydir. Ola bilsin ki, limitlə hesablandığından fərq olur".

 

Qurumun mətbuat xidmətinin rəisi Eldəniz Vəliyev isə bu halın fəsil dəyişikliyi ilə bağlı ola biləcəyini söyləyib:

 

"Dekabr ayı soyuq hava kütləsi olan aylardan biridir. Eyni zamanda bayramda insanların tələbatının artması kimi məsələlər müəyyən rol oynayır. 30 günün müqabilində bu bildirişlər gəlib. Bu il yanvar ayıının sərfiyyatı ilə bağlı bildiriş gəlir, adamlar fikirləşir ki, məbləğ çoxdur. Tutaq ki, siz kombini siz 60 dərəcəyə qoyursunuz. Kombi istidə daha çox isti verir və daha az yazır. Soyuqda isə daha çox yazır. Çünki kombilər müəyyən fasilə ilə işləyir. Soyuq hava kütləsi olan günlərdə  fasilə çox gec yaranır. Ona görə insanlar mart ayının sərfiyyatı ilə noyabr-dekabr aylarının sərfiyyatını heç vaxt eyniləşdirə bilməzlər. Əlbəttə ki, iki-üç dəfə fərq olacaq".

 

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında 1 milyon 199 min  375 abonent 12 qəpik tariflə, 998 min 946 abonent 20 qəpik tariflə təbii qazdan istifadə edib.



Xəbəri paylaş

1100 dəfə oxunub.

Digər xəbərlər
25-12-2023, 14:23 Üç rayonda qaz olmayacaq
10-03-2022, 00:42 Kuleba da Antalyaya getdi