Saytımızı qiymətləndirin


 
 

“Əhalinin gəlirləri artdı, ona görə…” –- Putin "yumurta böhranı"ndan danışdı
Tarix: 11-01-2024 | Saat: 13:40
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya prezidenti Vladimir Putin yerli sahibkarlarla görüşündə ölkəsindəki “yumurta böhranı”na aydınlıq gətirib.

Qarabaginfo.az xəbər verir ki, Putin daha çox istehlak etməyə başlayan rusların gəlirlərinin artması səbəbindən ötən il yumurta qiymətlərinin təxminən 60 faiz artdığını deyib.

“Bizim istehsal həcmimiz azalmayıb. İstehlak artıb. Əhalinin gəlirləri bir qədər artıb. Nəticədə daha çox yumurta və toyuq əti almağa başlamışıq”, – Putin deyib.

Onun sözlərinə görə, bu vəziyyətdə Rusiya rəsmiləri sadəcə məsələyə vaxtında köklənmədi və idxalı açmadılar: “Bum yarandı və qiymətlər uçdu. Ona görə də çox diqqətli olmaq lazımdır”, – prezident qeyd edib.

Bahalaşmaya cavab olaraq hökumət dekabrda Rusiyaya 1,2 milyard yumurta idxalına icazə verib. Lakin bu, Rusinın illik istehsalı (ildə 45 milyard) ilə müqayisədə əhəmiyyətsiz bir həcmdir.

Rusiya Quşçuluq İttifaqı qeyd edib ki, Rusiya hökumətinin Azərbaycan və Türkiyədən yumurta idxal etməsi onların maya dəyərini azaltmağa kömək etməyəcək. Çünki alış qiymətləri yerli məhsullardan aşağı deyil.



Xəbəri paylaş

193 dəfə oxunub.

Digər xəbərlər