Saytımızı qiymətləndirin


 
 

Yunan nazir Qriqoryanla da GÖRÜŞDÜ
Tarix: 10-01-2024 | Saat: 17:55
Bölmə:Karusel / Siyasət | çapa göndər

Yunan nazir Qriqoryanla da GÖRÜŞDÜ

 

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

 

"Həmsöhbətlər tarixi və mədəni ümumiliyə əsaslanan Ermənistan-Yunanıstan ikitərəfli dostluq əlaqələrinin inkişaf dinamikasını yüksək qiymətləndiriblər", - məlumatda deyilir.

 

Həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq məsələlərinə, o cümlədən Ermənistanın Aİ ilə tərəfdaşlığı çərçivəsində atılan addımlara toxunulub. Bu kontekstdə Qriqoryan Yunanıstanın Ermənistana dəstəyinin vacibliyini vurğulayıb.

 

Görüşdə tərəflər regional və qeyri-regional təhlükəsizliyin vəziyyətini müzakirə edib və istənilən problemin beynəlxalq hüququn prinsiplərinə ciddi riayət edilməsi əsasında həll edilməli olduğunu vurğulayıblar. Yuxarıda qeyd olunanlar kontekstində Təhlükəsizlik Şurasının katibi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı son hadisələri təqdim edib.



Xəbəri paylaş

160 dəfə oxunub.

Digər xəbərlər