Saytımızı qiymətləndirin


 
 

Kolomina: Ermənistan açıq şəkildə xarici siyasətini dəyişmək və Moskvadan uzaqlaşmaq qərarına gəlib
Tarix: 25-12-2023 | Saat: 17:36
Bölmə:Karusel / Region | çapa göndər

 

Kolomina: Ermənistan açıq şəkildə xarici siyasətini dəyişmək və Moskvadan uzaqlaşmaq qərarına gəlib

Ermənistan açıq şəkildə xarici siyasətini dəyişmək və Moskvadan uzaqlaşmaq qərarına gəlib.

Qarabaginfo.az xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Gürcüstanın “Birinci Kanalı”na müsahibəsində bildirib.

İrəvanın NATO ilə yaxınlaşmağa maraqlı olub-olmasına dair sualı cavablandıran Kolomina qeyd edib ki, Ermənistan çox açıq şəkildə Rusiyadan uzaqlaşmaq qərarına gəlib.

“Biz bunu təşviq edirik. Ermənilər qərar qəbul etməkdə sərbəstdirlər. Düşünürəm ki, onlar seçim ediblər və artıq bizə yaxınlaşmağa, daha sıx əməkdaşlıq, çoxsaylı siyasi dialoq, NATO-nun daha fəal iştirakı üçün müraciət etməyə başlayıblar”, - deyə Kolomina qeyd edib.

“Biz tərəfdaşlarımızın regionun sabitliyi üçün faydalı olan istənilən qərarını dəstəkləyirik. Bu, bizim üçün çox vacibdir”, - NATO rəsmisi əlavə edib.



Xəbəri paylaş

174 dəfə oxunub.

Digər xəbərlər